top of page

haqqında

Tural Yusifov Rolls Royce tədbirində

Biyoqrafiya

Tural Yusifov 21 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 281 saylı məktəbdə almışdır.

 

1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, ixtisasca tarixçidir. 2002-ci ildə təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yola düşmüşdür. O, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarında xidmət etmişdir.

 

2003-cü ilin dekabrında ANS ÇM radiosunda prodüser olaraq işə başlamışdır. İlk radio verilişi dini maarifləndirmə mövzusunda olan “Cümə xütbəsi” olmuşdur. Daha sonra “Bankomat”, “Qatıq”, “Svetofor”, “Gənc Klub”, “Özümə nə gəlib ki”, “Talk Şou” kimi verilişlərin həm prodüseri, həm də aparıcısı olmuşdur. 2007-ci ildə ANS TV-də əvvəlcə “Qatıq”, daha sonra “Çərşənbə axşamı Tural ilə” verilişlərini təqdim etmişdir.

 

2006-cı ildə tele-radio aparıcısı Səma Abiyeva ilə ailə həyatı qurmuşdur.

 

2010-cu ildə Tural Yusifov, Azərbaycan tele-radio məkanında ilk dəfə müstəqil müqavilə əsasında Media 105.5 FM radiosunda işə başlamışdır. Elə həmin il “AvtoStop” verilişi prodakşn məhsulu olaraq Media FM-də yayımlanmış və bu, Azərbaycan radio aparıcıları üçün yeni bir mərhələ açmışdır. 2010-cu ilin avqust ayında Azərbaycanın ən çox dinlənilən sürücü proqramlarından biri olan “AvtoStop” Media FM-də yayımlanmağa başlamışdır. Eyni ilin dekabr ayında isə “AvtoStop” televiziya verilişi olaraq Xəzər TV-də yayımlanmışdır.

 

2012-ci ildə Azad Azərbaycan tele-radio kompaniyasının 106.3 FM radiosundan iş təklifi almış və 2019-cu ilin avqust ayına qədər burada “AvtoStop” verilişini uğurla aparmışdır. Nəticədə, 2019-cu ilin avqustunda İctimai Radio 90 FM-dən gələn əməkdaşlıq təklifini qəbul etmişdir. 2019-cu ilin sentyabrından etibarən “AvtoStop” verilişini İctimai Radio-da təqdim etməyə başlamışdır. Həmin ilin oktyabr ayından isə “AvtoStop” həm də İctimai Televiziya efirində yayımlanır.

Fəaliyyəti

Tural Yusifov “AvtoStop” radio və televiziya layihələrindən başqa, bloger fəaliyyəti ilə də məşğuldur.

 

O, 2010-cu ildə avtostop.tv bloqunu və YouTube kanalını təsis etmişdir. “AvtoStop” YouTube kanalında yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə mövzularına yer verilməklə yanaşı, avtomobillərin test sürüşlərini də təqdim etməyə başlamışdır. Bu fəaliyyətlə o, avtobloger kimi tanınmışdır.

 

2015-ci ildə texnologiya sahəsində yenilikləri əhatə edən bir texno bloq istifadəyə vermişdir. Bu bloq fəaliyyəti ona müxtəlif avtomobil və texnologiya sərgilərinə dəvət almaq imkanı yaratmış və sərgiləri işıqlandırmağa başlamışdır.

 

2021-ci ildən etibarən Tural Yusifov Azərbaycanın ən çox izlənilən podkast layihələrindən biri olan Söhbətgah podkastının həmmüəllifi kimi fəaliyyət göstərir. 

Tural Yusifov müxtəlif mükafatlara və təltiflərə layiq görülmüşdür.

 

2016-cı ildə AvtoStop.tv saytı ilə Netty 2016 milli internet mükafatlandırılması zamanı “Ən yaxşı informasiya saytı” nominasiyasında qalib olmuş, daha sonra isə “Ən yaxşı Facebook səhifəsi” nominasiyasında ikinci dəfə Netty mükafatını qazanmışdır.

 

2017-ci ildə “Ən aktiv sosial ictimai fiqur” nominasiyasında Bomba Awards mükafatına layiq görülmüşdür.

 

2020-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Sturtup

Tural Yusifov son illərdə startup ekosistemində də aktiv iştirak edir.

 

2023-cü ilin dekabrından etibarən “AvtoStop” layihəsindən sonra ekoloji həllər təqdim edən innovativ bir startup olan GreenPublicüzərində işləməyə başlamışdır. Bu layihə vasitəsilə o, ekoloji problemlərə davamlı həllər təklif etməyi və yaşıl texnologiyaları təşviq etməyi hədəfləyir.

bottom of page